YAP-ın ərazi təşkilatı olan “Azərkontrakt” ASC-nin iclası keçirilib: Yeni üzvlər qəbul edilib
Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayonu, “Üzeyir Hacıbəyli küçəsi, 62” (“Azərkontrakt” Açıq Səhmdar Cəmiyyəti) ərazi partiya təşkilatının cari məsələlərlə bağlı iclası olub.
“Azərkontrakt” ASC-nin İdarə heyətinin sədr müavini Güləddin Dadaşov iclası giriş sözü ilə açaraq iştirakçıları salamlayıb və çıxış üçün sözü iclasda iştirak edən Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri Azər Süleymanova verib.
A.Süleymanov 1992-ci il noyabrın 21-də Naxçıvanda ümummilli lider Heydər Əliyevin sədrliyi və 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə yaradılan YAP-ın misilsiz xidmətlərini, şərəfli yolunu qeyd edib, bu gün Azərbaycan Respublikasının Prezidentinin rəhbəri olduğu partiyanın güclü siyasi təşkilatı kimi cəmiyyətdə böyük nüfuza malik olduğunu bildirib və YAP-ın ölkəmizin inkişafı proseslərində daim ön sırada olaraq fəal iştirakını vurğulayıb.
Güləddin Dadaşov “Azərkontrakt” ASC-nin fəaliyyətinin YAP prinsiplərinə uyğun qurulduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, Cəmiyyətin 18 əməkdaşı YAP sıralarına daxil olmaq üçün müraciət edib və onların arasında gənclər xüsusi üstünlük təşkil edirlər.
Çıxışlardan sonra səsvermə keçirilib və Nəsimi rayonu, “Üzeyir Hacıbəyli küçəsi, 62” (“Azərkontrakt” Açıq Səhmdar Cəmiyyəti) ərazi ilk partiya təşkilatının sədri və sədr müavini seçilib, partiyaya üzv olmaq istəyən 18 əməkdaşın ərizələri qəbul edilib.
Çıxışlardan sonra səsvermə keçirilib və “Üzeyir Hacıbəyli küçəsi, 62” ərazi partiya təşkilatının sədri “Azərkontrakt” ASC-nin İdarə heyətinin sədr müavini Güləddin Dadaşov, qurumun insan resursları və işinin təşkili şöbəsinin müdir müavini Südabə Cəfərova isə sədr müavini seçilib.
İclasın sonunda ərazi ilk partiya təşkilatının sədri göstərilmiş etimada görə təşəkkürünü bildirib.
YAP-a üzv olmaq üçün müraciət edən Rəşad Vahidov gənclər adından YAP-ın fəaliyyətini, ölkə başçısının uğurlu siyasətini dəstəklədiklərini qeyd edib, YAP-a üzv olmaqdan fəxarət hissi duyduqlarını və bu adı şərəflə daşıyacaqlarını bildirib.