“AZƏRKONTRAKT” SƏHMDAR CƏMİYYƏTİNİN ƏMƏKDAŞLARI QANVERMƏ AKSİYASINDA İŞTİRAK EDİBLƏR
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar respublikada xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə xeyirxah təşəbbüsünə “Azərkontrakt” Səhmdar Cəmiyyəti də qoşulub.
Cəmiyyətin sədr müavini Güləddin Dadaşov bildirib ki, mayın 12-də kollektivimiz irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara dəstək olmaq və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə Milli Hemotologiya və Transfuziologiya Mərkəzində könüllü olaraq qan veriblər.
Həkimlər bu xeyirxah kampaniyaya qoşulanları tibbi müayinədən keçirdikdən sonra qanvermə aksiyası keçirilib.